“Barselona”da ciddi itki
08.10.2018 , 16:39

“Barselona”nın futbolçusu Luis Suares zədələnib
Dizindən problem yaşayan Uruqvay millisinin hücumçusunun fərdi qaydada məşq edəcəyi bildirilib. Onun yığma komandalarının oyunları ilə bağlı yaranan fasilə başa çatdıqdan sonra bərpa olunacağı vurğulanıb.
Beləliklə, L.Suares Uruqvay millisində Cənubi Koreya və Yaponiya ilə matçları buraxacaq.
Qeyd edək ki, L.Suares bu mövsüm 11 oyunda 3 qol vurub.
