“Barselona” İspaniya La Liqasının 30-cu turunda bu gün “Vilyareal”la səfər qarşılaşması öncəsi ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın kapitanı Andres İnyesta zədə səbəbindən bu görüşü buraxmalı olacaq.
Kataloniya klubunun baş məşqçisi Luis Enrike yerli mətbuata açıqlamasında 31 yaşlı yarımmüdafiəçinin “Arsenal”la oyunda əzələsini dartdığını bildirib.
