“Barselona”nın keçmiş futbolçusu Xavi sabiq klubunda baş məşqçi olmaq istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda futbolçunun özü məlumat verib:
“Barselona”nın baş məşqçisi olmaq istəyimi gizlətmirəm. Bu mənim başlıca məqsədimdir. Yenidən sabiq komandama qayıtmaq və doğma klubumda çalışmaq istərdim. Karyeramı başa vurduqdan sonra futboldan uzaqlaşmayacam. 10 dəqiqə boş vaxtım olanda da televizorda futbol izləyirəm”
