“Barselona”da 2 itki
04.03.2024 , 10:08

“Barselona” ciddi itkilərlə üzləşib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçuları Pedri və Frenki de Yonq sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, hər iki oyunçunun “Atletik”lə səfər görüşündə zədələndiyi bildirilib. Onların son durumu tibbi müayinədən sonra məlum olacaq.
