“Barselona” “Yuventus”dan bu futbolçunu transfer edir
26.08.2024 , 18:39

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Barselona”nın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Yuventus”dan Federiko Çiesanı heyətinə cəlb etmək istəyir.
La Liqa nəhəngi Turin klubuna bu transfer üçün 12 milyon avro + 2 milyon avro bonus ödəyəcək.
Kyeza ötən mövsüm “Yuventus”un heyətində 37 matçda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
