“Real”ın müdafiəçisi Serxio Ramos La Liqada əsas rəqibləri olan “Barselona” haqda danışıb.
Korner.az-ın məlumatına görə, AS-a danışan ispan futbolçu bunları deyib:
“Barselona” hazırda yüksəlişdədi. Amma bundan sonra nələrin baş verəcəyini heç kim bilmir. Bir anda hər şey dəyişə bilər. Ötən mövsüm “Barsa” bizdən zəif olsa da, bir neçə kuboka yiyələndi. Bu il də onun əksi ola bilər”