big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Barselona” yenidən küllərindən doğula biləcəkmi? (YAZI)

26.05.2014 , 04:30

"XXI əsr "Barselona" əsridir". "Barselona"lı oyunçuların baş məşqçiyə ehtiyacı yoxdur". "Kataloniyalıların oyun sistemi mükəmməl və dəyişməzdir". Yaxın keçmişdə bu cür fikirləri, demək olar ki, hər gün eşidirdik. Amma zaman göstərdi ki, "Barsa"nın oyunçuları yadplanetli deyillər və bu komandada da dəyişikliklər labüddür. Ancaq dəyişikliklərə Titonun səhhəti, Tatanın isə təcrübəsizliyi imkan vermədi. Artıq kataloniyalıların yeni futbolçuları və baş məşqçisi var. Heç kimdə şübhə doğurmur ki, DÇ-dən sonra bizi yepyeni "Barsa" gözləyir. 

Tata niyə uğursuz oldu?
Hələ "Çelsi" ilə oyunlar göstərdi ki, rəqiblər  yavaş-yavaş məğlubedilməz "Barsa"nı da yenməyin sirlərini açmağa başlayıblar. Qvardiola da bunu anladı və getdi. Titolu pis-yaxşı mövsümdən sonra isə baş məşqçi postuna Martinonun gətirilməsi təsadüfi seçim təsiri bağışlayırdı. Axı Avropa futbolunda heç bir təcrübəsi olmayan bir şəxsin "Barselona"da uğur qazana bilməsi inandırıcı görünmürdü. Praktika da göstərir ki, cənubi amerikalı məşqçilər, futbolçulardan fərqli olaraq, Avropada uğur qazanmaqda böyük çətinlik çəkirlər. Üstəlik, nəzərə alaq ki, argentinalı komandaya çempionatın başlamasına cəmi 2-3 həftə qalmış gətirilmişdi… İki həftəyə onun komandaya yeni nəsə qazandıra bilməsi sadəcə mümkünsüz idi. Amma onu da qeyd etmək lazımdır ki, əslində ,Martino "qaş düzəltməyə çalışarkən vurub göz çıxartdı". Axı o, komandanın ümumi müdafiə gücünü artırmağa çalışırdı. Bunu mövsümün ilk matçlarında aydın görmək olardı. Puyolun karyerasının qürub çağını yaşaması, Pikenin mövsümün ən həlledici anında zədələnməsi, həmçinin az öncə qeyd etdiyim kimi, mövsümlərarası fasilə dönəminin sonlarında klubu təhvil alması ona bu planı tam şəkildə həyata keçirməyə imkan vermədi. Qısası, Tata "Əli aşından da oldu,Vəli aşından da". Üstəlik, futboldankənar hadisələr də (Neymar məsələsi və bunun ətrafında yaranan qalmaqala görə Rosellin istefası, Messinin mövsümün əvvəlində araşdırmaya cəlb olunması, həmçinin çoxsaylı zədələr) klubdaxili ümumi ab-havanın pozulmasına gətirib çıxardı ki, bu da uğursuzluğu şərtləndirdi.

Enrike nə etsin, nə etməsin?
Çərşənbə axşamı "blauqrana"nın yeni çalışdırıcısının da kimliyinə də aydınlıq gətirildi. Əslində,bu xəbər ictimaiyyət arasında elə də təəccüblə qarşılanmadı. Çünki hələ mayın əvvəllərindən Luisin yeni mövsümdən katalonlara rəhbərlik edəcəyi böyük ölçüdə bəlli idi. (görünən odur ki, bizim klublarımızın analoqsuz addımları artıq Avropada da tətbiq olunmağa başlanıb..) Qalırdı məsələni rəsmiləşdirmək oda çərşənbə axşamı həyata keçdi. Əvvəla, onu qeyd edim ki, Enrikenin hazırkı taktikanı nəinki dəyişməyə cəhd etməsi, hətta bunu ağlından belə keçirməsi intihara bərabər addım olardı. Axı “tiki-taka” yarıməsrlik ənənədir. (“Nou Kamp” stadionununda meydançanın eni və uzunluği məhz bu oyun sisteminə əsasən hazırlanıb.) Hələ aşağı yaş qruplarından tutmuş, əvəzedici heyətə qədər, məşqlər məhz bu sistem əsasında keçilir. Belə bir ənənəni pozmağa cəhd etmək bir binanı dağıdıb, yenidən inşa etməyə çalışmağa bənzəyir ki, belədə Luisin həmin binanın qalıqları altında əziləcəyinə şübhəm yoxdur. Yox, mən iddia etmirəm ki, “tiki-taka” dəyişilməz və mükəmməldir. Az öncə də qeyd etdiyim kimi, rəqiblər artıq bu sistemi öyrəniblər. Odur ki, sistemdə bəzi dəyişikliklər qaçılmazdır. Məsələn, yarımmüdafiənin cinahlarına düşən yük bir qədər azaldılmalı,mərkəzi isə bir qədər gücləndirilməlidir. Bundan əlavə, yaxşı olardı ki, meydanın mərkəzinə Xavi və İniestadan başqa, daha bir güclü yarımmüdafiəçi də cəlb olunsun. Nəzərə alaq ki, Xavi artıq əvvəlki formasından uzaqdır.  Müdafiə xəttinə də yaxşıca “əl gəzdirilməlidir”. Xüsusən də müdafiənin mərkəzinə. Bu mövsüm klubun ən problemli yerinin məhz müdafiə olduğu açıq-aşkar görünürdü. 

Yeni qapıçılar "Barsa"ya nə verəcək?
İstər Pinto, istərsə də Valdes nə qədər yaxşı qapıçı olsalar da, artıq yaş  öz sözünü deyirdi. Valdesin bəzən buraxdığı uşaq səhvləri (artıq bununla bağlı İspaniayda "Valdessimo" deyə bir termin yaranıb) Pintonun isə etibarsız qapıçı olması "Barsa"nı dəfələrlə pis vəziyyətdə qoyub. Komandaya yeni qoşulan Ter Ştegen isə yetərincə güclü və perspektivlli qapıçıdır. Amma unutmayaq ki, medalın iki üzü var. Alman qolkiperin təcrübəsiz olması öz sözünü deyə bilər. Buna baxmayaraq, qapı xəttində güclü rəqabət yaratmaq istəyən rəhbərliyin bu qərarını alqışlamaq olar. Oynadığı klublara baxmayaraq, Villi Kabalyero ("Malaqa"), Dieqo Alveş ("Valensiya") və Teylor Navas ("Levante") Ter Ştegenə layiqli əvəzləyici olmaq iqtidarındadır.

 

 

“10”-a nə olub?
Bu mövsüm "Barselona" ən uğursuz ilini keçirən, heç şübhəsiz, Leonel Messi oldu. Onun oyun planındakı geriləməsi göz önündədir. Heç şübhəsiz, bu geriləmədə çoxsaylı zədələrin və gərgin oyun qrafikinin  rolu böyük oldu. Həmçinin, “Qızıl topu” ardıcıl beşinci dəfə qazana bilməməsinin də onun psixologiyasına mənfi təsir etdiyini qeyd etmək lazımdır. Enrike  gələn mövsüm uğur qazanmaq istəyirsə, əvvəlki Messini mütləq geri qaytarmalıdır. Bəlkə də, Leo düşünür ki, komandada əvəzedilməzdir. Luis ona belə olmadığını anlatmalıdır. İstənilən halda, onun və milli komandasının DÇ-2014-dəki çıxışından da çox şey asılıdır.

Enrikenin planı baş tutacaqmı?
Kataloniyalı futbolçuların, demək olar ki, qazanmadığı kubok qalmayıb. Məhz bu amil futbolçularda həddən artıq özünəarxayınlıq və məsuliyyətsizlik yaradıb. Nəticədə əvvəlki kimi həvəslə çıxış etmirlər. Enrike də məhz bu amili nəzərə alaraq müxtəlif klublarda icarə əsasında oynayan futbolçuları geri çağırıb. Axı onlar hazırkı heyətdən fərqli olaraq, uğura acdırlar. Amma başdan-ayağa gənclərə şans vermək heç də doğru addım olmaz. Bu həm də klubda illərdir forma geyinən futbolçularla baş məşqçinin arasını vura bilər.

Nəticə
Yuxarıda qeyd etdiyim problemlərin diaqnozu düzgün qoyulsa və həlli tapılsa, Luisdən uğur gözləmək olar. Xüsusən də, müdafiə və qapı xətti ilə bağlı problemlərə. Özü də Tatadan fərqli olaraq, Luisin yetərincə vaxtı var. Həmçinin “tiki-taka”dakı ifratçılıq bir qədər azaldılmalıdır. Praktika göstərir ki, "blauqrana"nın bu oyun sistemi sıx müdafiə olunan komandalara qarşı heç də işə yaramır. Enrikenin bu postdakı ilk açıqlaması da gələcəyə nikbin baxmağa əsas verir: "Mənim komandam hücum edəcək. Biz cəlbedici və effektli futbol sərgiləyəcəyik. Amma eyni zamanda yaxşı da müdafiə olunmalıyıq".

Ürfan Məmmədzadə

Son yazılar

To Top