“Borussiya”nın futbolçusu Usman Dembelenin “Barselonaya keçidi rəsmiləşib.
20 yaşlı fransalı hücumçu bu gün rəsmi müqaviləyə qol çəkib.
“Barselona”nın onun transferi üçün Dortmund təmsilçisinə 105 milyon avro ödədiyi bildirilir. Futbolçunun sərbəst qalma qiyməti isə 400 milyon avro təyin edilib.
Qeyd edək ki, Usman Dembele 2016-cı ildə 15 milyon avro qarşılığında Fransanın “Renn” klubundan “Borussiya”ya keçib. O, ötən mövsüm iştirak etdiyi 32 oyunda 6 qol vurub.
