“Barselona” yeni transferini rəsmən açıqladı
20.08.2024 , 11:10

“Barselona” yeni transferini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Jirona”dan Oskar Urenanı heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 21 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalandığı diqqətə çatdırılıb.
