“Barselona” yeni transfer – Rəsmi
18.06.2025 , 18:30

“Barselona” yeni transferini həyata keçirib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Espanyol”dan ispaniyalı qapıçı Joan Qarsiyanı heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 24 yaşlı qolkiperlə 6 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
