“Barselona” klubu yay transferlərini yekunlaşdırdırıb.
Korner.az-ın İspaniya mətbuatına verdiyi məlumata görə, kataloniyalıların baş məşqçi Xerardo Martino jurnalistlərə açıqlamasında yeni transfer etməyəcəklərini bildirib:
“Yeni transferə ehtiyacımız yoxdur. Komandadan razıyam. Lazım olsa, yanvarda yeni müdafiəçi alacağıq. Ötən mövsüm müdafiədəki problemlər zədəli futbolçularla əlaqəli idi”
