“Barselona” yeni hücumçu transfer edir?
02.12.2024 , 10:00
“Ayntraxt”ın hücumçusu Ömər Marmuş klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, misirli futbolçunun xidmətində “Barselona” maraqlıdır.
Klub rəhbərliyi Xuan Laporta Marmuşu Robert Levandovskinin əvəzedicisi olaraq görür.
27 yaşlı futbolçunun “Ayntraxt”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.