“Barselona” xorvatiyalı futbolçunu arzulayır
11.06.2025 , 14:55

Yay transfer çalışmalarını davam etdirən “Barselona” gündəminə yeni oyunçu gətirib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi xorvatiyalı futbolçu İvan Perişiçlə maraqlanır.
Bu barədə “Bild” məlumat yayıb.
Klub rəsmiləri də 36 yaşlı oyunçunun İspaniya nəhənginə qoşulmasını istəyir.
Son mövsümü Hollandiyanın PSV komandasında keçirən Perişiç bütün yarışlarda 16 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
