“Barselona” – “Vilyarreal” oyunu Mayamidə keçiriləcək
09.10.2025 , 11:15
İspaniya La Liqasının 17-ci turunda baş tutacaq “Barselona” – “Vilyarreal” matçının keçiriləcəyi məkan bəlli olub.
Korner.az xəbər verir ki, qarşılaşma ABŞ-ın Mayami şəhərində yerləşən “Hard Rock Stadium”da oynanılacaq.
Görüş dekabrın 20-də təşkil olunacaq. Bu matç La Liqa tarixində ölkə xaricində keçirilən ilk oyun kimi tarixə düşəcək.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Barselona” 19 xalla 2-ci, “Vilyarreal” isə 16 xalla 3-cü pillədə qərarlaşıb.