“Barselona” nın baş məşqçisi Ernesto Valverde mövsümün sonunda qovula bilər.
“Barsa”nın Çempionlar Liqasında mübarizəni dayandırması klub rəhbərliyini bu barədə düşünməyə vadar edib. Çünki mövsümün əvvəlində “Barsa”nın əsas hədəfi ÇL-də qələbə olub.
Məlumata görə, Valverdenin oyun fəlsəfəsi də rəhbərliyi qane etmir. “Barselona” İspaniya kubokunu qazansa, çempionatda qalib gəlsə belə, mövsümün sonunda baş məşqçi ilə yolların ayrılması ehtimalının böyük olduğu bildirilir.
