“Barselona” və “Real” arasındakı münasibətləri Mourinyo qızışdırırdı”
27.11.2018 , 09:49

“Barselona” və “Real” arasındakı xoşagəlməz durumu görmək üçün bu komandalara azarkeşlik etmək lazım deyildi. Bunu hər kəs bilirdi”.
Bu sözləri “Barselona”nın sabiq futbolçusu Andres İnyesta “Marca”ya açıqlamasında deyib.
Hazırda Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi “Real” və “Barselona” arasında keçirilən oyunların gərginliyini Madrid klubunun sabiq baş məşqçisi Joze Mourinyonun artırdığını bildirib: “Komandalar bir-birinə nifrət edirdi. Ab-hava dözülməz idi. Futbolçular arasındakı bu cür münasibət İspaniya millisinə də ziyn vururdu. “Barselona” – “Real” arasındakı münasibətləri Mourinyo qızışdırırdı”.
