“Barselona” və “Real” 20 yaşlı futbolçunu istəyir
15.11.2018 , 09:48

İspaniya nəhəngləri “Real” və “Barselona”nın transfer maraqları toqquşub. Prinsipial rəqiblər Xorvatiya “Dinamo”sunun hücumçusu Dani Olmo uğrunda mübarizəyə başlayıb. Hər iki komanda Kataloniya klubunun yetirməsi sayılan forvardı heyətinə qatmaqda maraqlıdı. “Barselona” nümayəndələri 20 yaşlı ispaniyalının agenti ilə danışıqlara da start verib.
Klub akademiyasının hücumçuları arasında böyük rəqabət üzündən 4 il öncə vətəni tərk edən hücumçunun doğma rənglərə üstünlük verməsi kifayət qədər inandırıcıdı. “Dinamo”nun 25 milyon avro tələb etdiyi transfer məbləğini “Real” da ödəməyə hazırdı. Madridlilər belə imkanı əldən qaçırmaq istəmir. “Mançester Yunayted”, “Mançester Siti” və “Bavariya” da gənc hücumçunu izləməkdə davam edir.
