“Şalke”nin yarımmüdafiəçisi Leroy Saneyə Avropa transfer bazarında tələbat artır.
Korner.az-ın məlumatına görə, bu xəbəri “Kicker” nəşri verib.
Mənbədə deyilir ki, Almaniyanın gənclər yığmasının 19 yaşlı oyunçusu yalnız “Mançester Siti” və “Liverpul”un yox, həmçinin “Real”la “Barselona”nın transfer siyahısında yer alıb.
Sanenin “Şalke” ilə müqaviləsinin müddəti 2019-cu ilə qədər nəzərdə tutulub.
