Kişi basketbolçular arasında keçirilən Avroliqada TOP-16 mərhələsinin 8-ci turuna yekun vurulub.
Korner.az-ın məlumatına görə, ötən gün ümumilikdə 4 qarşılaşma oynanılıb. Günün mərkəzi matçında ÇSKA “Fənərbağça”nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyundan qonaqlar qalib ayrılıb. Bir digər maraqla gözlənilən görüşdə isə “Barselona” çətinliklə olsa da, “Alba”nı məğlub edə bilib:
ÇSKA – “Fənərbağça” – 75:81
“Anadolu Efes” – “Laboral Kutça” – 84:87
“Barselona” – “Alba” – 92:82 (overtaym)
“Olimpiakos” – “Unikaxa” – 77:72
