Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə 2 oyun baş tutacaq.
İspaniyada bu ölkənin iki komandası – "Barselona" və "Atletiko" "Nou Kamp"da üz-üzə gələcəklər.
ÇL-in əsas iddialı komandalarından biri "Bavariya" isə öz meydanında "Benfika" ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu sabah axşam keçiriləcək.
5 aprel
Çempionlar Liqası, 1/4 finalın ilk oyunları
22:45. "Barselona" (İspaniya) – "Atletiko" (Madrid, İspaniya) – 2:1
22:45. "Bavariya" (Almaniya) – "Benfika" (Portuqaliya) – 1:0
