“Barselona” və “Atletiko”nun futbolçularını ağır cəza gözləyir
09.01.2023 , 11:13
“Barselona” və “Atletiko”nun (Madrid) futbolçuları ağır cəza ala bilərlər.
Korner.az-ın məlumatına görə, buna səbəb komandaların dünənki oyununda futbolçular arasında davanın düşməsidir.
Söhbət Stefan Saviç ilə Ferran Torresdən gedir. Hər iki futbolçunu 4 oyundan 12 oyunadək cəza gözləyir.
Xatırladaq ki, ötən gün keçirilən matçda katalonlar Dembelenin vurduğu qolla oyunu minimal hesablı qələbə ilə başa vurublar.