Türkiyənin "Konyaspor" klubu səs-küyə səbəb olan transfer edib.
Korner.az-ın məlumatına görə, Türkiyə təmsilçisi belarusiyalı futbolçu Alexsandr Qlebi transfer edib. 30 yaşlı futboçu klubla 1.5 illik müqavilə imzalayıb.
Hava limanında jurnalistlərə açıqlama verən Qleb türk azarkeşlərinin bir nömrə olduğunu bildirib:
"Burda olduğum üçün çox şadam. Türk azarkeşlər dünyada bir nömrədi. Azarkeşlərə məni belə gözəl qarşıladıqları üçün təşəkkür edirəm. "Konyaspor"a oyunumla çox kömək olacam. Çox böyük uğurlar əldə edəcəyik".
Qeyd edək ki, Qleb daha öncə "Barselona", "Arsenal" və "Ştutqart" kimi klublarda çıxış edib.
