“Barselona” ulduz oyunçunu buraxmaq istəmir
18.02.2025 , 22:21

“Barselona” futbolçusu Robert Levandovski ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi ulduz oyunçunun müqaviləsini uzadacaq.
Yayılan məlumata görə, 36 yaşlı hücumçunun sözləşməsi 2026-ci ilə qədər yenilənəcək.
Lakin La Liqa klubu onunla müqaviləni 2027-ci ilə qədər uzatmaq istəyir.
Tərəflər arasında hazırda danışıqların davam etdiyi bildirilib.
