“Barselona” ulduz futbolçusunun gedəcəyini açıqladı
10.05.2023 , 14:05

“Barselona” müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq ulduz futbolçu Serxio Busqets ilə mövsümün sonunda yollarını ayıracaq.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi hesabından yaydığı açıqlamada bildirilib.
Serxio Busquets “Barselona”dakı karyerası ərzində 719 rəsmi oyuna çıxıb. Bu mübarizələrdə o, 18 qol vurub və 45 məhsuldar ötürmə edib.
