“Barselona” “Liverpul”un futbolçusu Filipp Koutinyo ilə razılığa gəlib.
25 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə 5 illik müqavilə imzalanacaq. Bu transfer üçün “Barselona” İngiltərə klubuna 85 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2013-cü ildən “Liverpul”un şərəfini qoruyan F.Koutinyo 181 oyunda 24 qol vurub, 37 qolun ötürməsini verib.
