“Barselona” Uilyamsın transferindən imtina etdi
18.04.2025 , 16:05

“Barselona” “Atletiko”nun futbolçusu Niko Uilyamsın transferindən imtina edib.
Korner.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Xəbərdə bildirilir ki, Kataloniya təmsilçisinin baş məşqçisi oyunçunun komandaya qoşulmasını istəməyib.
Buna klubun vəsaitinin kifayət qədər olmaması səbəb olub.
