"Barselona"nın mərkəz müdafiəçisi Xerard Pike həftə sonu La Liqada oynanılacaq "Real" (Betis) ilə oyunda forma geyinə biləcək.
Korner.az-ın məlumatına görə, ÇL – yarımfinal mərhələsində "Çelsi" ilə qarşılaşdıqları matçda Pike qapıçı Viktor Valdeslə toqquşmuş daha sonra zədə almışdı. Klubun rəsmi saytından verilən açıqlamada Pikenin həftə sonu meydana qayıdacağı gözlənilir. Qeyd edək ki, İspaniya millisinin üzvü aldığı zədə sonrası bir çox vacib qarşılaşmalarda çıxış edə bilməmişdi.