"Barselona"nın aparıcı üzvlərindən olan Karlos Puyol yenidən əməliyyat olacaq.
Korner.az-ın Kataloniya klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli müdafiəçi 1 il içində artıq üçüncü dəfədir ki, sağ ayağından əməliyyata məruz qalacaq.
Bu əməliyyatdan sonra həkimlər Puyolun bir ay yaşıl meydandan uzaq olacağını söyləyiblər.