BATE-nin futbolçusu Aleksandr Qleb İspaniya mətbuatına maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, o, “Barselona” karyerası ilə bağlı danışıb.
2008-ci ildə “Arsenal”dan “Barselona”ya transfer olan Aleksandr Qleb peşmançılığını dilə gətirib:
“İllər sonra bu qərarın səhv olduğunu anladım. “Barselona”ya getmək üçün “Arsenal”dan ayrılmağıma peşmanam. Londonda yaxşı günlər keçirdim. İlk mövsümümdə “Arsenal”la birlikdə Çempionlar Liqasında finala yüksəldik. “Barselona” ilə 2009-cu ildə bu kuboku qazanmağıma baxmayaraq “Arsenal”dakı final macərası daha özəl idi. Çünki “Barselona”da Çempionlar Liqasının oyunlarında demək olar ki, forma şansı qazanmırdım”.
