“Barselona” Türkiyə şirkətini məhkəməyə verib
17.01.2019 , 20:08

İspaniyanın “Barselona” klubu Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda yerləşən “Barca Tekstil” şirkətini məhkəməyə verib.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Kataloniya təmsilçisi şirkəti “Barca” brendindən qanunsuz istifadədə ittiham edir.
“Barca Tekstil”in sahibi Ali Öziçer isə bildirib ki, şirkət 1997-ci ildə qurulub. “Barca” italyanca “yaxta” deməkdir.Firmamızın adı ilə Almaniya və İtaliya daxil olmaqla, bir çox Avropa ölkəsinə geyim satırıq. Bu adla bir çox ölkədə qeydiyyatdan keçmiş şirkətik. Bunun üçün İspaniyaya da müraciət etdik, amma rədd cavabı aldıq. Barcelona klubu da Türkiyədə “Barca” adında bir restoran açmaq istəyir. Bunun üçün müvafiq quruma iki dəfə müraciət ünvanlayıblar. Biz buna etiraz edincə, şirkətimizi məhkəməyə veriblər”.
