“Barselona” “Tottenhem”ə, “Borussiya” “Monako”ya qalib gəldi
04.10.2018 , 09:35

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirilən 8 oyunla II tura yekun vurulub. Gecənin ən bol qollu görüşü Parisdə baş tutub. Burada yerli PSJ “Srvena Zvezda”nı 6:1 hesabı ilə darmadağın edib.
B qrupunda baş tutan “Tottenhem” – “Barselona” matçı da qol sarıdan məhsuldar alınıb. Meydan sahibləri katalonların vurduğu 4 qoldan yalnız ikisinin əvəzini çıxa bilib. İngiltərənin digər təmsilçisi “Liverpul” səfərdə “Napoli”yə uduzub. “Qalatasaray” isə Portuqaliyada məğlubiyyətlə üzləşib.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
3 oktyabr
A qrupu
“Atletiko” (İspaniya) – “Brügge” (Belçika) – 3:1
QOLLAR: Qrizman, 28; 67; Koke, 90+2 – Qruneveld, 40
Madrid. “Vanda Metropolitano” stadionu. Baş hakim: İvan Kruzlyak (Slovakiya)
“Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa) – 3:0
QOLLAR: Larsen, 51; Pako, 72; Roys, 90+2
Dortmund. “Siqnal İduna Park” stadionu. Baş hakim: Aleksey Kulbaku (Belarus)
Borussiya D | 2 | 2 | 0 | 0 | 4-0 | 6 |
Atletiko | 2 | 2 | 0 | 0 | 5-2 | 6 |
Brügge | 2 | 0 | 0 | 2 | 1-4 | 0 |
Monako | 2 | 0 | 0 | 2 | 1-5 | 0 |
B qrupu
PSV (Hollandiya) – “İnter” (İtaliya) – 1:2
QOLLAR: Rosario, 27 – Naynqolan, 44; İkardi, 60
Eyndhoven. “Filips” stadionu. Baş hakim: Milorad Maziç (Serbiya)
“Tottenhem” (İngiltərə) – “Barselona” (İspaniya) – 2:4
QOLLAR: Keyn, 52; Lamela, 66 – Koutinyo, 2; Rakitiç, 28; Messi, 56; 90
London. “Uembli” stadionu. Baş hakim: Feliks Zvayer (Almaniya)
Barselona | 2 | 2 | 0 | 0 | 8-2 | 6 |
İnter | 2 | 2 | 0 | 0 | 4-2 | 6 |
Tottenhem | 2 | 0 | 0 | 2 | 3-6 | 0 |
PSV | 2 | 0 | 0 | 2 | 1-6 | 0 |
C qrupu
PSJ (Fransa) – “Srvena Zvezda” (Serbiya) – 6:1
QOLLAR: Neymar, 20; 22; 81; Kavani, 37; Di Maria, 42; Mbappe, 70 – Marin, 74
Paris. “Park De Prens” stadionu. Baş hakim: Artur Manuel Dias (Portuqaliya)
“Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə) – 1:0
QOL: İnsinye, 90
Neapol. “San Paolo” stadionu. Baş hakim: Viktor Kaşşai (Macarıstan)
Napoli | 2 | 1 | 1 | 0 | 1-0 | 4 |
Liverpul | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
PSJ | 2 | 1 | 0 | 1 | 8-4 | 3 |
Srvena Z | 2 | 0 | 1 | 1 | 1-6 | 1 |
D qrupu
“Lokomotiv” (Moskva, Rusiya) – “Şalke” (Almaniya) – 0:1
QOL: Makkenni, 84
Moskva. “RZD Arena”. Baş hakim: Entoni Teylor (İngiltərə)
“Porto” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə) – 1:0
QOL: Mareqa, 49
Porto. “Draqao” stadionu. Baş hakim: Maykl Oliver (İngiltərə)
Portu | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
Şalke | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
Qalatasaray | 2 | 1 | 0 | 1 | 3-1 | 3 |
Lokomotiv | 2 | 0 | 0 | 2 | 0-4 | 0 |
