“Barselona” Tağızadəni icarəyə verdi
12.02.2026 , 11:00
İspaniyanın “Barselona” klubu Azərbaycanın U-21 yığmasının keçmiş qapıçısı Eldar Tağızadəni Sloveniyanın “Bistritsa” klubuna icarəyə verib.
Korner.az xəbər verir ki, 22 yaşlı qapıçı “Barselona B”dəki təcrübəsindən sonra yeni komandasında çıxış etməyə başlayacaq.
Onun icarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.
Tağızadə artıq “Bistritsa” ilə məşqlərə qoşulub və Sloveniyada debüt etməyə hazırlaşır.