“Barselona”nın nümayəndəsi Robert Fernandes komandanın qapıçısı Kladio Bravonun “Mançester Siti”yə keçəcəyini təsdiqləyib.
Korner.az-ın məlumatına görə, çilili qolkiper bu həftənin cümə axşamı Mançesterə gedəcək.
Bu transfer üçün “Mançester Siti”nin 17 milyon funt sterlinq ödəyəcəyi gözlənilir.
Bravo 2014-cü ildə “Real Sosyedad”dan “Barselona”ya keçib.
