“Barselona” Suaresi itirdi
18.03.2019 , 11:35

“Barselona”da ciddi itki baş verib.
La Liqanın 28-ci turunun “Real Betis”lə səfər görüşündə zədələnən Luis Suaresin durumuna aydınlıq gəlib. Ayaq biləyindən zədələnən 32 yaşlı forvard 15 gün yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, uruqvaylı futbolçu cari mövsüm 27 oyuna 18 qol vurub, 6 assist edib.
