“Barselona” şokda – Arauxo psixoloji vəziyyətinə görə oynamaya bilər
09.12.2025 , 11:10
“Barselona”nın müdafiəçisi Ronald Arauxonun komandadakı gələcəyi sual altına düşüb.
Korner.az xəbər verir ki, futbolçunun vəziyyəti əvvəl düşünüləndən daha ağırdır:
“Arauxonun problemi ciddi xarakter daşıyır və o, bəlkə də bir daha ‘Barselona’nın formasını geyinməyəcək”.
Son aylarda psixoloji çətinliklərlə üzləşən uruquvaylı müdafiəçi, hazırda komandanın tələb etdiyi səviyyədə rəqabət aparmaqda çətinlik çəkdiyini etiraf edib. Xüsusilə Çempionlar Liqasında “Çelsi” ilə oyunda 44-cü dəqiqədə aldığı qırmızı vərəqə və “Barselona”nın 0:3 hesabı ilə məğlub olması vəziyyətini daha da ağırlaşdırıb.
Futbolçunun emosional durumu stabilləşməsə, klub qış transfer pəncərəsində yeni mərkəz müdafiəçisi almaq məcburiyyətində qala bilər.