İspaniyanın “Barselona” klubu heyətini gücləndirmək niyyətindədi.
Korner.az-ın məlumatına görə, katalanlar Ukraynanın “Şaxtyor” komandasında oynayan Dario Srna ilə yenidən maraqlanır.
Yay transfer pəncərəsində xorvat futbolçunu transfer etmək istəyən “Barselona”lılar buna nail olmamışdı. Luis Enrike bu dəfə də Srnanı komandaya cəlb etmək üçün çalışacaq.
Srna yanvarda “Barselona” ilə qısamüddətli müqavilə imzalayacaq. Məşqçi heyətini qane edəcəyi halda müqavilə müddəti uzadıla da bilər.
