“Barselona” Savionu transfer etmək istəyir
01.12.2025 , 14:30
“Barselona” “Mançester Siti”nin gənc hücumçusu Savionu diqqət mərkəzinə alıb.
Korner.az xəbər verir ki, klub rəhbərliyi 21 yaşlı oyunçunu, gələcəkdə komandadan ayrılması ehtimal olunan Rafinya Diasın yerinə ideal namizəd hesab edir.
Xarici KİV yazır ki, Rafinyaya Səudiyyə Ərəbistanından maraq var və maliyyə vəziyyəti nəzərə alınarsa, “Barselona” sərfəli təklif gəldiyi təqdirdə oyunçunu satmağa hazır ola bilər.
Savio isə hazırda “Mançester Siti”də əsas heyətdə daimi çıxış etmir, bu da onun yaxın zamanlarda klubdan ayrılacağı ilə bağlı ehtimalları artırır.