“Barselona” sabiq vitse-prezidenti məhkəməyə verir
14.04.2020 , 20:47

“Barselona” sabiq vitse-prezidenti Emili Rusonu məhkəməyə verəcək.
Korner.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bir neçə gün öncə bəzi klub rəsmiləri ilə birgə istefasını açıqlayan Ruso, yerli mətbuata açıqlamasında “Barselona”da maliyyə yeyintisi olduğunu açıqlamışdı.
O, klub rəhbərliyində kiminsə xəzinədən külli miqdarda pulu mənimsədiyini bəyan etmişdi.
