İspaniya La Liqasında mübarizə aparan “Barselona”nın Marko Verratti üçün göndərdiyi transfer təklifini PSJ qəbul etməyib.
Korner.az-ın məlumatına görə, “katolon” klubunun yeni hədəfi sabiq futbolçusu Tiaqo Alkantaradır.
Bildirilir ki, İspaniya təmsilçisi oyunçunun transferi üçün Almaniyanın “Bavariya” klubu ilə danışıqlara başlayıb.
Qeyd edillir ki, alman təmsilçisinin Tiaqonu komandadan göndərmək niyyəti olmasa da, “Barselona” futbolçunun keçidinin reallaşması üçün israr edəcək.
Xatırladaq ki, yarımmüdafiəçi bu mövsüm 31 rəsmi matçda 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
