“Barselona” səfərdə belə qalib gəldi – Video
22.12.2025 , 13:00
İspaniya La Liqasında 17-ci tur davam edir.
Korner.az xəbər verir ki, səfərdə “Vilyarreal”ın qonağı olan “Barselona” 2:0 hesabı ilə qalib gəlib.
Görüşdə qolları Rafinya (12 – penaltı) və L. Yamal (63) vurub.
Turnir cədvəlində “Barselona” 46 xalla liderliyini qoruyur, “Vilyarreal” isə 35 xalla 4-cü pillədə qərarlaşıb.