“Barselona” “Real”ı məğlub edərək İspaniya Superkubokunu qazandı
12.01.2026 , 01:30
İspaniya Superkubokunun qalibi bəlli olub.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan final görüşü futbol azarkeşlərinin böyük marağına səbəb olub. “El-Klasiko” çərçivəsində keçirilən həlledici oyunda “Barselona” “Real”a 3:2 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.
İspaniya Superkuboku
“Barselona” – “Real” 3:2
Qollar: Rafinya (36, 73), Levandovski (45+4) – Vinisius Junior (45+2), Qarsiya (45+6)