“Barselona” “Real”a qalib gəlib finala adladı
28.02.2019 , 09:50

İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
“Real” evdə “Barselona”nı qəbul edib və 0:3 hesabı ilə uduzub. Bu nəticə katalonları finala yüksəldib.
Yarımfinalın digər qarşılaşmasında “Real Betis” “Valensiya”nı qəbul edəcək.
Qeyd edək ki, kubokun finalı mayın 25-də reallaşacaq.
“Real” – “Barselona” – 0:3 (ilk oyun: 1:1)
Qollar: Luis Suares, 50, 73 (pen.), Rafael Varan, 69 (avtoqol)
