“Barselona” “Real”a belə qalib gəldi – VİDEO
13.01.2025 , 01:31

İspaniya Superkubokunun qalibi məlum olub.
Korner.az xəbər verir ki, həlledici görüşdə “Real” “Barselona” ilə üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının “King Abdullah Sports” stadionunda keçirilən matçda sevinən tərəf Kataloniya klubu olub – 5:2.
Bununla da “Barselona” 15-ci dəfə İspaniya Superkubokunu qazanıb.
12 yanvar
İspaniya Superkuboku
Final
23:00.”Real” – “Barselona” – 2:5
Qollar: Mbappe, 5, Yamal, 22, Levandovski, 36, Rafinya, 39, 48, Balde, 45+10, Rodriqo, 60
Qırmızı vərəqə: Voyçex Şensnı, 56 (“Barselona”)
