“Barselona” Rayan üçün rəsmi təklif göndərdi
18.11.2025 , 19:50
“Barselona” Braziliyanın “Vasko da Qama” klubunda oynayan perspektivli hücumçu Rayanı transfer siyahısına daxil edib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu 19 yaşlı futbolçu üçün artıq rəsmi təklif irəli sürüb.
Bildirilir ki, İspaniya nəhəngi transferin reallaşması üçün 25–30 milyon avro aralığında məbləğ ödəməyə hazırdır.
Rayan son mövsümdə bütün yarışlarda 49 oyuna çıxaraq 17 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.