“Barselona” heyətini gücləndirməyə çalışır. Katalanlar növbəti mövsümün planlarını indidən qurur.
“Mundo Deportivo”nun məlumatına görə, “Barselona” rəhbərliyi “Ateltiko”nun futbolçusu Antuan Qrizmanın transferində israrlıdı.
Klub rəhbərliyi futbolçunun meneceri ilə görüşüb və danışıqlar aparıb. Tərəflər arasında razılıq əldə olunarsa, növbəti mövsümün əvvəlində Qrizmann “Barsa”nın futbolçusu olacaq.
26 yaşlı Qrizman 2014-cü ildə Madrid təmsilçisinə “Real Sosyedad” klubundan transfer olunub. Bu müddət ərzində o, “Atletiko”da 118 oyuna çıxıb və 62 qol vurub.
