“Barselona” qapısını onunla gücləndirir
15.05.2025 , 15:30

“Barselona” yeni mövsüm üçün qapıçı axtarışlarına başlayıb.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Espanyol”un qolkiperi Xuan Qarsiya ilə maraqlanır.
La Liqa nəhəngi yayda 24 yaşlı oyunçu üçün təklif göndərməyə hazırlaşır.
Qarsiya cari mövsümdə 35 oyun keçirib, 47 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb.
