"Barselona"nın baş məşqçisi Tito Vilanovanın köməkçisi Xordi Roura Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə bu gün keçiriləcək cavab oyunu öncəsi Messinin sabahkı oyunda meydana çıxıb-çıxmayacağı haqda açıqlama verib.
Korner.az-ın məlumatına görə, argentinalı ulduzdan savayı Pedro və Adrianonun da, meydana çıxıb – çıxmayacağı oyuna bir neçə saat qalmış bəlli olacaq:
"Hər 3 futbolçunun durumu ilə əlaqədar oyun saatını gözləyəcəyik. Yalnız o zaman Messi, Pedro və Adriano haqqında məsələ aydınlaşacaq.
