“Barselona” prezident seçkilərinə start verdi
09.02.2026 , 14:00
Kataloniya klubunda “Barselona” yeni prezident üçün seçki kampaniyasına başlayıb.
Korner.az xəbər verir ki, seçki prosesi 9 fevral 2026-cı il tarixindən etibarən açılıb və səsvermə 15 mart 2026-cı il keçiriləcək.
Hazırkı prezident Joan Laporta və idarə heyətinin istefasından sonra səlahiyyətləri müvəqqəti olaraq birinci vitse-prezident Rafa Yuste icra edəcək. Laporta yenidən namizədliyini irəli sürüb. Digər namizədlər isə Viktor Font, Mark Siria və Joan Kamprubidir.
Prezident postuna namizəd olmaq üçün hər iddiaçı ən azı 2321 klub üzvü imzası toplamalıdır.