“Barselona”nın futbolçusu Andres İnyesta komandasının “Osasuna” üzərində qazandığı qələbə (3:0) haqda danışıb.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu qalibiyyət şərhini “Goal.com” portalına bölüşüb.
İnyesta bu nəticə ilə komandanın öz səviyyəsini nümayiş etdirdiyini bildirib:
“Səfər oyunlarında oynamaq həmişə çətin olur. Ancaq “Barsa” o səviyyəsini göstərə bildi. Qalibiyyətdən və oyunumuzdan razıyıq. İlk hissədə qol imkanlarımız oldu, lakin fərqlənə bilmədik. Buna baxmayaraq ruhdan düşmədik və lazımlı qolları vurduq”.
