“Barselona” “Oviedo”nu darmadağın etdi – Video
26.01.2026 , 11:15
İspaniya La Liqasında XXI turun oyunları davam edir.
Korner.az xəbər verir ki, “Barselona” doğma meydanda “Oviedo”nu qəbul edib və asan qələbə qazanıb.
Qarşılaşma 3:0 hesabı ilə başa çatıb. Hesabı 52-ci dəqiqədə D.Olmo açıb. 57-ci dəqiqədə Rafinya fərqlənib, 73-cü dəqiqədə isə L. Yamal son qolu vuraraq nəticəni rəsmiləşdirib.
Bu qələbə ilə “Barselona” xalını 52-yə çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. “Oviedo” isə 13 xalla sonuncu pillədə qərarlaşıb.